Bu gün Azərbaycanın şimal bölgəsinə 2014-cü ilin ilk qarı yağır.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, yağıntı əsasən Quba və Qusar rayonları ərazisinə yağır. Dağlıq ərazilərdə qar artıq yerdə oturmağa başlayıb.
Quba rayon Hidrometeoroloji xidmətdən verilən məlumata görə, bu gün qar yağıntısı intensiv olacaq. Qar yağmasına baxmayaraq havanın temperaturu mənfiyə enməyib.
Yağıntılar nəticəsində hələlik heç bir fəsad yaranmayıb.