Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qulu Məhərrəmli: “Heç kimin jurnalisti aşağılamaq, ona kobud cavab vermək ixtiyarı yoxdur”
“Heç kimin jurnalisti aşağılamaq, ona kobud cavab vermək ixtiyarı yoxdur. Bu, elementar etik davranış qaydasıdır. Buna yol vermək olmaz. Məsləhət olan odur ki, jurnalistlər müsahib seçməmişdən əvvəl ekspromt işləməsinlər”
Bu sözləri Moderator.az-a açıqlamasında mərhum ifaçı Aygün Bəylərin yas mərasimində tarzənin media nümayəndəsinə açıqlama verməkdən imtina etməsi ilə bağlı danışarkən tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli bildirib.
“Hər hansı bir mərasim, dəfn mərasimi faktiki olaraq jurnalistikada ekstremal şərait hesab olunur. O situasiyada jurnalist necə işləməlidir? Adamlara necə yaxınlaşmalıdır? Ümumiyyətlə, bunların xarakterlərinə görə o mərasimləri jurnalistlər işıqlandırmalıdırlarmı? Əlbəttə ki, ictimai fiqurlar, tanınmış şəxslərlə bağlı belə hadisələr praktikada var və bunlar işıqlandırılır.
Konkret olaraq Aygün Bəylərin dəfn mərasimində baş tutmayan müsahibəyə gəlincə, bu, əlbəttə ki, müəyyən dərəcədə ağrılı məsələdir. Çünki faktiki olaraq jurnalist özünə borc bilir ki, toplaşanlardan mərhumla bağlı rəylər, xatirələr öyrənsin. Bu, başa düşülən situasiyadır. Amma bu situasiyanın özəlliyi bir də ondadır ki, hər adama, hər kəsə yaxınlaşmaq, soruşmaq bir az həssas məsələdir. Çünki insanlar dəfn mərasimində, hüzr yerində ənənəvi vəziyyətdən bir az fərqli, həssas olurlar. Əsəblər çox üzdə olur, gərginlik artır. Ona görə belə məqamda jurnalist xüsusi yanaşma taktikası seçməlidir. Kimsənin kamera qabağında danışmaması onun hüququdur. Danışa da bilər, danışmaya da.
Amma heç kimin jurnalisti aşağılamaq, ona kobud cavab vermək ixtiyarı yoxdur. Bu elementar etik davranış qaydasıdır. Buna yol vermək olmaz. Məsləhət olan odur ki, jurnalistlər müsahib seçməmişdən əvvəl ekspromt işləməsinlər. Yəni o halda əvvəlcədən razılıq və yaxud başqalarının vasitəsilə rəy soruşa bilərlər. Müəyyən hazırlıq olmalıdır ki, onlar xoşagəlməz, arzuolunmaz davranış nümayiş elətdirməsinlər. Jurnalistin davranışı prinsip etibarilə doğrudur. Bəzi özəlliklər nəzərə alınmalıdır, amma kamera qarşısında da heç kimin jurnalisti aşağılamaq, onunla kobud davranmaq haqqı yoxdur”.
"Aygün Bəylər" teqi üzrə xəbərlər
- Bu gün 49 yaşını qeyd edəcəkdi - Səsi yarıda qalan Aygün Bəylər
- Qızı Aygün Bəylərin vəfatından sonra ilk dəfə müsahibə verdi - VİDEO
- Müğənni Miro Aygün Bəylərin mahnısına yeni nəfəs qatdı - VİDEO
- Qazaxıstanlı müğənni Aygün Bəylərin xatirəsini yad etdi - VİDEO
- Məşhurların Aygün Bəylərlə bağlı son xatirələri: “Konsertə görə analiz nəticələri pisləşmişdi” - VİDEO
Rəylər