Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qurban bayramında fəaliyyət göstərəcək müasir kəsim məntəqələri - FOTOREPORTAJ
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramında fəaliyyət göstərəcək müasir kəsim məntəqələrinə infotur keçirib.
Turda iştirak edən media nümayəndələrinə qurbanlıq heyvanların qida təhlükəsizliyi tələblərinə uyğun, baytarlıq-sanitariya, sanitar-gigiyena qaydaları çərçivəsində kəsilməsinin zəruriliyi barədə məlumat verilib.
Jurnalistlərə Xəzər rayonu ərazisində fəaliyyət göstərən stasionar kəsim məntəqəsi ilə yaxından tanış olmaq imkanı yaradılıb, onlara kəsim prosesi əyani şəkildə nümayiş etdirilib.
Kəsim məntəqəsində heyvanların saxlanılması, kəsilməsi və daşınması barədə məlumat verilib.
AQTA-nın Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Oxu.Az-a bildirib ki, bayram günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün respublika üzrə əvvəlcədən müəyyən olunmuş ərazilərdə kəsim məntəqələri fəaliyyət göstərəcək:
“Kəsimdən əvvəl və sonra müvafiq baytarlıq müayinəsinin keçirilməsi heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması baxımından zəruri şərtdir. Heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməlidir. Sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarı, məhəllə, park və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq arayışı olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir”.
Müəssisənin istehsalat koordinatoru Ramidə Ramazanova qeyd edib ki, gün ərzində 60 baş iribuynuzlu, 500 baş da xırdabuynuzlu heyvan kəsimi xidməti göstərilir:
“Heyvanlar kəsilmədən bir gün əvvəl müəssisəyə gətirilir. Buna səbəb onların bir gün ərzində stresini atmasıdır. Bunun üçün xüsusi yer var”.
O qeyd edib ki, digər kəsim məntəqələrindən fərqli olaraq, burada iribuynuzlu heyvanların kəsilməsi ayaqları bağlanmadan həyata keçirilir:
“İlk olaraq heyvanın qeydiyyatı aparılır, analizlər götürülür. Kəsim həyata keçirildikdən sonra heyvanın limfa vəzilərindən, ciyərlərindən də analizlər götürülür”.
İnfotur çərçivəsində media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, təlimdə iştirak edən jurnalistlərə sertifikatlar təqdim olunub.
İlhamə Əbülfət
Daha çox şəkil burada: Photostock.az
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- HACCP sisteminin tətbiqi qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək
- Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
- ÜHST: "Azərbaycanda yüksək patogen quş qripi xəstəliyi yoxdur"
- Bakıda sabiq icra başçısının klinikasında qəssabxana açıldı - AQTA bağladı
Rəylər