Qusar rayonuna qar yağıb.
Oxu.Az xəbər verir ki, aprelin 16-da Azərbaycanın şimal bölgəsində hava şəraitinin kəskin dəyişməsi nəticəsində Qusar rayonuna qar yağıb. Qar örtüyünün hündürlüyü 17 sm-ə çatıb.
Hazırda rayon ərazisində yağıntılı hava şəraiti davam edir.
Qeyd edək ki, bu, aprel ayı üçün nadir hallarda müşahidə olunan təbiət hadisəsidir.