Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qusarda yeniyetmənin kanalda boğulmasının detalları MƏLUM OLDU
Qusarın Caqarqışlaq kəndində 16 yaşlı Nizam Rəhimxanovun yaşayış məntəqəsinin yaxınlığından keçən Samur-Abşeron kanalında batması ilə bağlı bəzi detallar məlum olub.
Yeniyetmənin qohumu Bəxtiyar Sadirov hadisə ilə bağlı Baku TV-yə danışıb.
"Dayıoğlu, bibioğlu çimməyə gediblər. Üzməyi tam bilmirlər. Uşaqlardan biri çıxa bilib, digərinin boğulduğunu görəndə qışqırıb kömək istəyib. Bir nəfər səsi eşidib gəlib görüb ki, uşaq artıq batıb", - o bildirib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarışları davam etdirirlər.
Samur-Abşeron kanalında batan şəxsin kimliyi bilinib.
Bununla bağlı Lent.az məlumat yayıb.
Bildirilib ki, kanalın Kuzunqışlaq kəndi ərazisindən keçən hissəsində batan şəxs 16 yaşlı Nizam Rimixan oğlu Rəhimxanovdur.
Onun axtarışları davam etdirilir.
Rəylər