"Rahat" supermarketlər şəbəkəsi 2009-cu ilin may ayından yerli bazarda ticarət və pərakəndə satış fəaliyyətinə başlayıb. Uğurlu investisiya siyasəti nəticəsində şirkət qısa zamanda Azərbaycanın ən böyük marketlər şəbəkələrindən birini yaratmağa nail olub.
Oxu.Az xəbər verir ki, 15 il əvvəl Bakı-Sumqayıt şosesində ilk filialı və cəmi 20 əməkdaşla başlayan səyahət bu gün möhtəşəm bir hekayəyə çevrilib. "Rahat" market hazırda Bakıda, bölgələrimizdə və işğaldan azad olunmuş şəhərlərimizdə 100-dən çox filialı və 4000-ə yaxın əməkdaşı ilə xidmətinizdədir.
"Rahat" market hər zaman yenilikçi olmağa çalışır. Ölkəmizdə ilk dəfə "Port Bazar" ilə premium market anlayışını, "Rahat Gourmet Market" ilə yüksəkkeyfiyyətli qida məhsullarını təqdim edib. Həmçinin özünəxidmət kassalarını və müştəri loyallıq mobil tətbiqini istifadəyə verərək xidmət keyfiyyətini artırıb.
Bu nailiyyətlərlə əlaqədar olaraq "Rahat" ailəsi bu əlamətdar günü xüsusi qeyd edib.