“Rail Trans Service” MMC Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanına dəstək olaraq koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsi məqsədilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna qoşulub və Fonda 100 000 AZN məbləğində pul köçürüb.
“Rail Trans Service” dəmir yollarının tikintisi sahəsində fəaliyyət göstərən şirkətdir. Şirkətin əsas fəaliyyət istiqaməti istənilən mürəkkəblikdə dəmiryol infrastruktur obyektlərinin layihələşdirilməsi, rekonstruksiyası və tikintisidir.