Sabunçu rayonu, Ramana qəsəbə sakini aldığı çörəyin içindən qara, yad cisim çıxdığını iddia edib.
Vətəndaş Hüseyn Hacıyev Oxu.Az-a bildirib ki, həmin çörəyi Ramana qəsəbəsindəki marketlərdən birində alıb:
"Məhsul Bakıxanov çörək zavoduna məxsus şirkətin istehsalıdır. Çörəyi kəsəndə içindən qara rəngdə, bərk olmayan naməlum cisim çıxdı. Üstəlik, çörəkdən pis qoxu gəlirdi".
Ramana sakininin aldığı çörəyin içindən yad cisim çıxdı#Ramana pic.twitter.com/irLT7lxutl
— Oxu.Az (@oxuaz) July 17, 2025
Onun sözlərinə görə, bu, ilk dəfə baş vermir və əvvəllər də oxşar hallarla qarşılaşıb.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə qurumun Bakı regional bölməsi tərəfindən nəzarətə götürülüb:
"Agentliyin mütəxəssisləri tərəfindən faktla bağlı müvafiq araşdırmalara başlanılıb".
"İstehlakçılardan xahiş edirik ki, qida məhsulları ilə bağlı uyğunsuzluqla rastlaşdıqda agentliyin "1003" qaynar xəttinə zəng vuraraq və ya "E-Qidam" mobil tətbiqi vasitəsilə məlumat versinlər", - deyə cavabda qeyd edilib.
Aləmdə Nəsib