Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) müqəddəs Ramazan ayının başlanma tarixi ilə bağlı açıqlama veriblər.
Oxu.Az xəbər verir ki, QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov ANS PRESS-ə açıqlamasında 28 iyun tarixinin ilk niyyət axşamı olduğunu söyləyib.
O, bildirib ki, 29 iyun tarixi isə Ramazan ayının birinci günüdür:
“Bu tarix bir gün qabağa da çəkilə bilər. Bu təxmini təqvimdir. Hər şey ayın görünməsindən asılı olacaq”.
Müqəddəs Payızov Qurban bayramının qeyd olunma tarixindən də danışıb:
“Ramazan ayı 28 iyunda başlayarsa Qurban bayramı 4 oktyabr tarixinə düşəcək. Əgər Ramazan ayı iyunun 29-da başlayarsa, onda Qurban bayramı 5 oktyabr tarixində qeyd olunacaq”.