Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ramazan ayında toy, nişan və xınayaxdı məclisləri təşkil etmək günah sayılır?
Ramazan ayı matəm yox, bayram ayıdır. Amma insanların çoxu adətən bu ayda toy-nişan məclisləri etmirlər.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu yazılmamış qaydaya illərdir ki, riayət olunur.
Restoran sahibləri isə deyirlər ki, ötən illərlə müqayisədə bu il məclis üçün müraciət edənlərin sayı artıb. Onların sözlərinə görə, hələ ki toy etmək istəyənlər olmasa da, nişan və xınayaxdı məclisləri çoxdur.
Müraciətlərin artmasına səbəb həm də orucluğun soyuq havalara təsadüf etməsidir. Çünki iftar vaxtı saat 18-19 radələrində olduğuna görə məclis sahibinə uyğundur.
İlahiyyatçılar isə deyirlər ki, Ramazan ayında toy, nişan və xınayaxdı məclisləri təşkil etmək İslam dinində günah sayılmır.
İlahiyyatçılara görə, Ramazan ayında toyların spirtli içki olmadan baş tutması məqsədəuyğun sayılır.
Ətraflı süjetdə:

"Ramazan ayı 2025" teqi üzrə xəbərlər
- "Əs-Sirə ən-Nəbəviyyə" kitabı ilk dəfə Azərbaycan dilində təqdim edilib
- Ramazan ayının üçüncü gününün iftar və namaz vaxtları
- Ramazan ayının üçüncü gününün imsak, iftar və namaz vaxtları
- Ramazan ayında necə qidalanmaq lazımdır?
- Rəngli fənərlər, ilahi oxuyan nağaraçılar - Ramazan müxtəlif mədəniyyətlərdə necə qeyd olunur?