Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları - FOTO
Sabah Ramazan ayının doqquzuncu günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 31-də imsak vaxtı saat 05:00-da, iftar vaxtı isə 19:18-dədir.
Martın 31-i üçün namaz vaxtları:
Sübh azanı | 05:05 |
Zöhr azanı | 12:45 |
Əsr azanı | 17:13 |
Məğrib azanı | 19:18 |
İşa azanı | 20:20 |
Doqquzuncu günün imsak vaxtı üçün duanı təqdim edirik:
“Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin”.
Tərcüməsi: “İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!”
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla”.
Allah orucunuzu qəbul eləsin!
Rəylər