Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ramazan ayının yeddinci gününün imsak, iftar və namaz vaxtları
Sabah Ramazan ayının yeddinci günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 7-də imsak vaxtı saat 05:40-da, iftar vaxtı isə 18:53-dədir.
Martın 7-si üçün namaz vaxtları:
Sübh azanı | 05:45 |
Zöhr azanı | 12:52 |
Əsr azanı | 16:54 |
Məğrib azanı | 18:53 |
İşa azanı | 19:54 |
Yeddinci günün imsak vaxtı üçün duanı təqdim edirik:
"Allahummə əinni fihi əla siyamihi və qiyamih. Və cənnibni fihi min həfəvatihi və asamih. Vərzuqni fihi zikrəkə bidəvaih. Bitəvfiqikə ya hadiyəl-muzillin".
Tərcüməsi:
"İlahi, mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol. Bu gün məni səhv və nöqsanlardan uzaqlaşdır. Sənin daimi zikrini mənə qismət et. Kömək və yardımına and verirəm, ey yolunu azmışların hidayətçisi!"
İftar duası:
"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".
Tərcüməsi:
"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla".
Allah orucunuzu qəbul eləsin!
"Ramazan ayı 2025" teqi üzrə xəbərlər
- Ramazan və xeyriyyəçilik: Ehtiyacı olanlara necə kömək etmək olar?
- Son günlər Bakıda artan tıxacların SƏBƏBLƏRİ AÇIQLANDI
- Ramazan ayının altıncı gününün iftar və namaz vaxtları
- Müqəddəs Ramazan ayı dövründə orucun faydası: Kimlər oruc tutmaya bilər?
- Ramazan ayının altıncı gününün imsak, iftar və namaz vaxtları