Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ramazanın ilk gününün imsak, iftar və namaz vaxtları
Sabah Ramazan ayının ilk günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 1-də imsak vaxtı 05:49, iftar vaxtı saat 18:47-dədir.
Martın 1-i üçün namaz vaxtları:
Sübh azanı | 05:54 |
Zöhr azanı | 12:53 |
Əsr azanı | 16:49 |
Məğrib azanı | 18:47 |
İşa azanı | 19:47 |
Birinci günün imsak vaxtı üçün duanı təqdim edirik:
"Allahumməc'əl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və'fu ənni ya a'fiyən ənil-mucrimin!".
Tərcüməsi:
"Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaхud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaхud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla, ey aləmdəkilərin məbudu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!".
Allah orucunuzu qəbul eləsin!
"Ramazan ayı 2025" teqi üzrə xəbərlər
- Ramazan ayının ən qısa və ən uzun orucu harada olacaq?
- Paklıq, barış və bağışlanma: On bir ayın sultanı Ramazan başladı
- Pakistanda məsciddə partlayış baş verib: Ölənlər və yaralananlar var
- Hamilə qadınlar oruc tuta bilərmi? - Türkiyəli həkim təhlükələrdən danışdı
- Qədr gecələrinin vaxtı AÇIQLANDI - TƏQVİM