Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ramil Muxtarzadə: "Nağd ödənişlərin böyük hissəsi dərman vasitələrinə sərf olunan pullardır"
"Nağd ödənişlərin böyük hissəsini dərman vasitələrinə sərf olunan pullar təşkil edir. İcbari tibbi sığortanın tətbiqindən sonra ölkədə nağd ödənişlərdə azalma müşahidə olunur".
Oxu.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji İnkişaf və İqtisadi təhlil departamentinin rəhbəri Ramil Muxtarzadə Səhiyyə İdarəçilərinin Zirvə toplantısı çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.
O bildirib ki, nağd ödənişlərin böyük hissəsini dərman vasitələrinə sərf olunan pullar təşkil edir:
"Bunu nəzərə alaraq artıq gələn ildən etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta çərçivəsində təmin edilməsi nəzərdə tutulub. Hazırda həmin qərarın tətbiqi üçün qaydaların üzərində işlənilir".
Məhərrəm Əliyev
"İcbari tibbi sığorta" teqi üzrə xəbərlər
- Ölkə əhalisinin 50 faizdən çoxu icbari tibbi sığortadan yararlanıb
- Agentlik: "Hamiləlik ağırlaşması icbari tibbi sığorta təminatındadır"
- Qadın sonsuzluğunun diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına aparılır
- İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqləndi
- Bəzi vətəndaşların müayinəsi və tibbi arayışlar ödənişsizdir