Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ramil Səfərov şəhid ailəsinə baş çəkdi - FOTO
Azərbaycan ordusunun zabiti Ramil Səfərov şəhid Həsən Həsənovun ailəsinə baş çəkib.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə xəbər sosial şəbəkələrdə yayılıb.
Ramil Səfərov Kəlbəcərdə doğma torpaqlarına baş çəkərkən Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən Həsən Həsənovun övladları ilə görüşüb.
Qeyd edək ki, 2004-cü ilin yanvarında Macarıstanda erməni zabitinin qətlində günahlandırılaraq barəsində ömürlük həbs qərarı çıxarılan Ramil Səfərov 8 il sonra - 2012-ci il avqustun 31-də Azərbaycan prezidentinin səyi ilə Budapeşt şəhərindəki həbsxanadan çıxarılaraq Bakıya gətirilib və əfv edilib.