Bu gecə İrəvanın Muş məhəlləsində Artuş Markaryan – Ramil Səfərovun Budapeştdə öldürdüyü Qurqren Markaryanın atası özünə qəsd edib.
Oxu.Az tert.am-a istinadən xəbər verir ki, o, özünə bir neçə bıçaq zərbəsi endirib və damarlarını doğrayıb.
A.Markaryan “Malatiya” tibb mərkəzinə aparılıb, burada onun üzərində əməliyyat keçirilib. İlkin məlumatlara görə, A.Markaryanın mədəaltı vəzi zədələnib.