Ukraynanaın Odessa şəhərində Azərbaycan parkı açılacaq.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, parkın layihəsinin təqdimetmə mərasimində simvolik ilk daş qoyulub.
Mərasimdə Odessa şəhər meri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Ukraynadakı səfiri Eynulla Mədətli, SOCAR-ın (Azərbaycanın Dövlət Neft Şirkəti) nümayəndəsi Elçin Məmmədov və başqaları iştirak ediblər.
Şəhərin meri “Azərbaycan” parkının şəhərin 220 illiyində açılacağını düşündüyünü deyib.
Park 2 hektar ərazini əhatə edəcək. Ərazidə Azərbaycan abu havası yaradacaq ekzotik bitgilər əkiləcək, fontan quraşdırılacaq.




www.oxu.az