Ermənistan tərəfindən müxtəlif mənbələr istədikləri informasiyanı mətbuata gətirirlər. Bizim onların hamısına reaksiya verməyimizə ehtiyac yoxdur.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov erməni mətbuatında Ramil Səfərovla bağlı yazılanlara münasibət bildirərkən deyib.
“Ramil Səfərov Azərbaycan vətəndaşıdır, onun bütün təhlükəsizliyi qorunur və düşünürəm ki, ona heç bir təhlükə yoxdur” - deyə, N.Məmmədov bildirib.