Göygöl rayon Polis Şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib.
Oxu.Az APA-nın qərb bürosuna istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə şöbə rəisi Bahadur Şükürov və şöbənin əməkdaşları - 1 zabit və 2 serjant vəzifələrindən azad olunub.
Bahadur Şükürov 2015-ci ildə Ağsu rayon Polis Şöbəsinin rəisi vəzifəsindən Göygöl rayon Polis Şöbəsinin rəisi vəzifəsinə gətirilib. Hələlik onun yerinə təyinat olmayıb.
Rayon Polis Şöbəsindən məlumat təsdiqlənib.
E.Ə.
www.oxu.az