Daxili İşlər Nazirliyinin idarə rəisi təqaüdə göndərilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Cavad Şıxəliyev daxili işlər orqanlarında xidmət keçmə müddəti başa çatdığı üçün təqaüdə göndərilib.
DİN-in mətbuat xidməti faktı təsdiqləyib.