Azərbaycanlı aktrisa Məlahət Abbasova 1991-ci ildə Türkiyə vətəndaşı ilə ailə qurub və İstanbulda yaşayır.
Oxu.Az xəbər verir ki, aktrisa Facebook-da övladlarının fotolarını paylaşıb.
Onun Uğur və Sudə adında iki övladı var.
Xatırladırıq ki, Məlahət Abbasova bir çox türk serialları və filmlərində yaratdığı obrazlarla izləyənlərin zövqünü oxşamağı bacarıb. Bunlardan “Sürəyya” (1986), “Hüzün çiçəyi” (1996), “Həyatın içindən” (2004), “Köpək” (2005), “Min bir gecə” (2006) və s. misal göstərmək olar.
Aytən Sadıqzadə
www.oxu.az