Daxili işlər naziri Ramil Usubov bir sıra rayonların polis rəislərinin yerini dəyişib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə Şəki rayon Polis İdarəsinin rəisi Eldar İlyasov Nərimanov RPİ-nə, Nərimanov RPİ-nin rəisi Muradəli Babayev Xətai RPİ-nə, Xətai RPİ-nin rəisi Əkbər İsmayılov Yasamal RPİ-nə, Yasamal RPİ-nin rəisi İsmayıl Əsədov isə Sabunçu RPİ-nə rəis təyin edilib.
Sabunçu rayon Polis İdarəsinin rəisi Cavanşir Babayev isə bir neçə gün əvvəl R.Usubovun əmri ilə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
E.Ə.
www.oxu.az