Neftin dünya qiymətlərinin sürətlə azalması fonunda Türkiyədə benzinin qiymətində ucuzlaşma qeydə alınıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən axşam saatlarından qardaş ölkədə benzinin bir litrinin qiyməti 6 kuruş (20 qəpik) azalıb.
Hazırda İstanbulun Avropa hissəsində benzinin bir litri 4,14 lirə, Anadolu hissəsində isə 4,16 lirə təşkil edir.
Bundan başqa, xam neftin qiymətinin azalması ilə bağlı yay aylarından Türkiyədə benzin 17%, dizel yanacağı isə 15% ucuzlaşıb.