Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov Xəzər Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinə yeni rəis göndərib.
Oxu.Az Aznews.az-a istinadən xəbər verir ki, nazirin dünən imzaladığı əmri ilə bu vəzifəyə polis mayoru Rafiq Məmmədov təyin edilib.
Rafiq Məmmədov açıqlamasında xəbəri təsdiq edib. O bildirib ki, 2012-ci fevralından 2013-cü il martın sonunadək Gəncə Şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi vəzifəsində işləyib. 2013-cü ilin martından isə Bakı Şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsində çalışıb.
Qeyd edək ki, Xəzər Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinə bundan əvvəl Sabir Həsənov rəhbərlik edib. O, sentyabr ayının 18-də işdən azad edilərək, təqaüdə göndərilib.