Yasamal rayon Polis İdarəsində kadr dəyişikliyi həyata keçirilib.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, idarədən verilən məlumata görə, daxili işlər naziri Ramil Usubovun əmrinə əsasən, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsin rəis müavini, polis mayoru Murad Hüseynov, adıçəkilən rayonun 26-cı polis bölməsinə rəis təyin edilib.
26-cı Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Faiq Hüseynov isə sərəncama göndərilib.