Ötən gün Şəkidə faciəvi hadisə baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, 19 yaşlı gənc çayda boğulub.
Hadisə Əyriçayın rayonun Şorsu kənd inzibati ərazisindən axan hissəsində baş verib.
Belə ki, 1995-ci il təvəllüdlü Nicat Şahin oğlu Əkbərli çayda çimərkən boğulub. Onun yanında olan qardaşı bunu görən zaman mobil telefon vasitəsilə yaxınlıqdakı bostan sahəsində işləyən atası Şahin Əkbərlini köməyə çağırıb.
Ata əraziyə çatana qədər artıq övladı suda boğulub. Nicat Əkbərlinin cəsədi sudan atasının və yaxınlıqdakı bir neçə şəxsin köməkliyi ilə çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.