Bakının Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, “Azərsu” ASC-dən verilən məlumata görə, Z.Bünyadov prospekti ilə Ə.Rəcəbli küçələrinin kəsişmələrindən keçən 1000 mm diametrli magistral su xəttinin yenidən qurulması ilə əlaqədar bu gün – iyulun 10-da gün ərzində Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.