Azərbaycanın daxili işlər naziri Ramil Usubov yeni polis rəisi təyin edib.
Oxu.Az xəbər verir ki, nazirin imzaladığı əmrə əsasən Hikmət Usubov Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə rəis təyin edilib.
Qeyd edək ki, bundan əvvəl H. Usubov Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi vəzifəsini tutub.