Qusar Rayon Polis Şöbəsinin Şahdağ Bölməsinə yeni rəis təyinatı olub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, bu posta Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı Qərargahının inspektoru, polis kapitanı Səbuhi Rüstəmov təyin edilib.
A.M.
www.oxu.az