“Gün ərzində təcili yardıma 1700-1800 simptomatik müraciət olur”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, müraciətlərin 80-90 faizi digər respirator infeksiyalarla əlaqədardır:
“Müraciət edənlər tibb müəssisələrinə yerləşdirilməyib. Bir çox pasiyentlər bizə gecikmiş formada və ağırlaşmış halda müraciət edirlər. Digər ölkələrin təcrübəsi göstərir ki, antivirus müalicəsinə nə qədər erkən başlanılsa, bir o qədər effektiv ola bilər”.
O qeyd edib ki, gecikmələr özünü evdə müalicə etməyə cəhd və karantində qalmamaqla bağlıdır.
İlhamə Əbülfət
Rəylər