“Yuxarı tənəffüs yollarından götürülən yaxmalarda koronavirus aşkarlanmayan xəstələr digər xəstəxanaların infeksion şöbələrində müalicələrini davam etdirirlər”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Sədr bildirib ki, onların arasında vəziyyəti kifayət qədər ciddi olan xəstələr də var.
“Həmin şəxslər tibb işçilərinin nəzarəti altında koronavirus xəstəliyinin protokoluna uyğun, digər xəstəliklər inkar olunmaq şərtilə müalicə olunurlar”, - deyə R.Bayramlı əlavə edib.
İlhamə Əbülfət