Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məhkəmə araşdırması başa çatıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Ramiz Ənvər oğlu Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2, 274, 278.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Mövcud xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq edilməsi qərara alınıb.
Eləcə də, həmin hökmlə Ramiz Ənvər oğlu Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.
Həmçinin hökmə əsasən, Ramiz Mehdiyevin əmlakları barəsində dövlət nəfinə keçirilməklə xüsusi müsadirə tətbiq edilib.