Tovuz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalovun həkiməqədər ölüm faktı qeydə alınıb.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11 sentyabr saat 13:00-da Binəqədi rayonu ərazisindən 80 yaşlı şəxsin (kişi cinsli) ölümünün təsdiqlənməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb"- deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Tovuz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalov vəfat edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, o 80 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Tofiq Zeynalov 2007-2018-ci illərdə Tovuz Rayonu İcra Hakimiyyətinin başçısı olub. O, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun qardaşıdır.
Şükufə Süleymanlı
Rəylər