Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Rauf Mirqədirov atasının yasında - FOTO + YENİLƏNİB](https://images.oxu.az/2014/05/24/11/29/07/67/Rauf_mirqediov:1200.jpg)
Rauf Mirqədirov atasının yasında - FOTO + YENİLƏNİB
Casusluqda ittiham olunaraq həbs olunan “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov atası Həbibulla Mirqədirovun yas mərasiminə qatılıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, R. Mirqədirova atasının vəfatı ilə əlaqədar 3 gün evdə qalmağa icazə verilib.
Həbibulla Mirqədirov bu gün “Qurd Qapısı” qəbiristanlığında dəfn edilib.
13:25
Həbsdə olan jurnalist Rauf Mirqədirova atasının dəfnində iştirak etməyə icazə verilib.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalistin vəkili Fuad Ağayev APA-ya bildirib ki, cinayət işinin istintaqını aparan müstəntiq İbrahim Ləmbəranski ona zəng edərək R. Mirqədirovun atasının dəfnində iştirakına icazə verildiyini bildirib.
11:40
Casusluqda ittiham olunan jurnalist Rauf Mirqədirovun atası vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə Qafqazinfo-ya jurnalistin vəkili Fuad Ağayev məlumat verib.
O bildirib ki, anası ona zəng edərək Raufun atası Həbibulla müəllimin vəfat etdiyini bildirib.
Qeyd edək ki, Həbibulla dayının 84 yaşı var idi və o, respublika prokurorluğunun keçirdiyi axtarışdan bir sutka keçməmiş rəhmətə getdi.
Rəylər