Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında oktyabrın 8-i axşam şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 9-u gündüzədək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
"Milli Hidrometeorologiya Xidməti" teqi üzrə xəbərlər
- Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- Sabah güclü külək bəzi insanlarda narahatlıq hissi yarada bilər
- Bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
- Sabahın hava proqnozu AÇIQLANDI - 25.11.2024
- Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Rəylər