Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına əsasən, “Region Agro” MMC ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını alınması məqsədilə hazırda davam edən xüsusi karantin rejimi ilə əlaqədar sosial dəstək tədbirinə qoşulub.
Belə ki, Goranboy rayonu ərazisində xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq, sosial izolyasiya şəraitində yaşayan aztəminatlı ailələrə baş çəkilib, onlara ərzaq məhsullarından ibarət yardımlar çatdırılıb.
300 ailəyə yardım çatdıran Aqropark əməkdaşları vətəndaşlarla maarifləndirici söhbətlər apararaq, xüsusi karantin rejimi qaydalarına riayət olunmasının vacibliyindən danışıblar.
Ölkənin ərzaq təminatında mühüm rol oynayan Aqropark 5 iyun 2018-ci ildə açılıb. Aqropark daxili bazar üçün taxıl və qarğıdalı yetişdirilməsi ilə məşğuldur.
Qeyd edək ki, “Region Agro” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat məbləğində vəsait köçürməklə də soisal dəstəyini ifadə edib.