Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Reklam Agentliyinin rəsmisi: “Məqsəd koronavirusla bağlı maarifləndirilmənin gücləndirilməsidir”
“Koronavirusla bağlı əhalinin gigiyenik qaydalara ciddi riayət etməsinə dair sosial reklamlar respublikanın bütün ərazilərində yayımlanır. Bu, virusa inanmayanların mövcud vəziyyəti anlaması üçün önəmlidir”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəri ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.
O bildirib ki, burada əsas məqsəd maarifləndirmə işlərinin gücləndirilməsidir:
“Açıq məkanda koronavirusla bağlı sosial reklamların yerləşdirilməsində məqsəd dövlətin həyata keçirdiyi tədbirlərə dəstək olmaqdır. Hazırlanan sosial çarxlar minlərlə reklam daşıyıcılarında yerləşdirilir”.
Könül Cəfərli
Rəylər