Ukrayna Prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zelenskaya koronavirusa yoluxub.
Bu barədə Y.Zelenskaya “Instagram” hesabında paylaşım edib.
“Karantinin yumşaldılması COVID-19-un yox olması demək deyil. Təhlükə keçməyib, yaxındır. Bizə görünəndən daha yaxındır. Bu gün mənim koronavirus testim pozitiv çıxdı. Gözlənilməz xəbər oldu. Xüsusilə, mən və ailəm bütün qaydalara riayət etməyə davam edirik - maska, əlcəklərdən istifadə, minimum əlaqə...
Demək istəyirəm ki, özümü yaxşı hiss edirəm, amma təhlükə yaratmamaq üçün digər ailə üzvlərindən təcrid olunmuş şəkildə ambulator müalicə alıram”,- deyə o, qeyd edib.
Pravda.com.ua-nın xəbərinə görə, Zelenski və uşaqları da koronavirus testindən keçiblər. Onların analizlərinin nəticələri mənfi olub.
Prezidentin xanımı ukraynalıları diqqətli olmağa çağırıb.
View this post on Instagram"COVID-19" teqi üzrə xəbərlər
- Qranit Caka saxta COVID-19 sertifikatına görə cəzalandırıldı
- İki saxta sertifikat futbolçuya baha başa gəldi: Millidən UZAQLAŞDIRILDI
- ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
- Qəbiristanlıqda şok tapıntı: COVID-19 zamanı ölən 19 nəfərin cəsədi aşkarlanıb
- Məşhur futbolçu COVID-19 sertifikatına görə beş il həbs oluna bilər
Digər xəbərlər