Rəqabətin günbəgün artdığı bazarda innovativ və rəqəmsal reklamlar artıq istək yox, tələbata çevrilib.
Müştərilərinə uğur gətirəcək işlər görən “Dizaynov” studiyası bazarda az müddət olmasına baxmayaraq, bir sıra dövlət qurumları və tanınmış markalar üçün fərdiliyi ilə seçilən reklam həlləri təqdim edib.
“Dizaynov” tam peşəkar 2D və 3D animasiya, SMM xidməti, kommersiya videoçarxlarının hazırlanması, brendinq, dizayn kimi xidmətlər təklif edir.
Sifarişlərinin artmaqda olduğunu qeyd edən “Dizaynov” özünü zəhmətkeş “qarışqa ailəsi” kimi təqdim edir.
Studiyanın işləri ilə www.dizaynov.az saytında və sosial şəbəkələrdə tanış ola bilərsiniz.