Azərbaycan Dövlət İqtisad Universitetində kadr islahatları keçirilir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu gün Ədalət Muradovun imzaladığı əmrə əsasən distant və əlavə təhsil mərkəzinin direktoru Nazim Eminov tutduğu vəzifədən azad olub.
Hələlik onun əvəzinə təyinat olmayıb.
Bundan başqa, universitetin Magistratura Mərkəzinin direktoru Həsən İsrafilov da tutduğu vəzifədən azad olunub. Həsən İsrafilovun verdiyi məlumata görə, 5 gün əvvəl öz xoşu ilə işdən azad olunması barədə ərizə yazıb. Həsən İsrafilov səhhətində yaranmış problemlə əlaqədar işdən çıxdığını bildirib.
Hələlik İqtisad Universitetində Magistratura Mərkəzinin direktoru vəzifəsinə yeni təyinat olmayıb.