“Mən Bakı musiqili akademiaysının dördüncü kursunda oxuyuram. Amma mən universitetə 3800 manat borcum var. Rektor Fərhad Bədəlbəyli mənim problemlərimi bilir, və mənim təhsildə nailiyyətlərimi nəzərə alaraq universitetdən xaric etməyiblər.
Oxu.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu sözləri hal hazırda universitetdən xaric olma təhlükəsi ilə üz-üzə qalan, Musiqili Akademiyanın ən istedadlı tələbələrindən biri Leyla Məmmədova deyib.
Öz problemlərindən danışan Leyla Məmmədova qeyd dib ki, Akademiyaya 17 yaşında daxil olub, və daxil olan zaman ailə təhsil haqqını ödəmək üçün, bankdan 1500 manat kredit götürüb.
“Ailəm Gəncədə yaşayır, mən isə Bakıda kirayə qalıram. Özüm teatrda işləyirəm, amma 168 manatlıq məvacibim yalnız ev pulu və yol puluna çatır”, - Məmmədova deyib.
O, həmçinin qeyd edib ki, bankdan götürülən krediti dostları və tanışlarının köməyi ilə bağlayıb.
“Mənə müxtəlif restoran larda oxumaq təklif edirlər. Amma mən təhsilimi başa çatdırıb diplom almaq istəyirəm. Musiqi müəllimi olmaq istəyirəm, baxmayaraq ki, müəllimlərin məni müğənni kimi görürlər. İstənilən halda məni diplomdan 3800 manat ayırır”, - Məmmədova deyib.
Leylanın çıxışından fraqmenti sizə təqdim edirik.