Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rektor: "Təhsil gözləntiləri doğrulda bilmir"
"Cinayətlərin qarşısının alınmasında əsas amil təhsildir".
Oxu.Az xəbər verir ki, bunu "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti" adlı beynəlxalq elmi-praktik konfransda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov "Təhsilin fərdiləşdirilməsi və dəyərlərin prioritetləşdirilməsi - mübarizənin uğur modeli" mövzusunda danışarkən deyib.
O deyib ki, təhsilin missiyasına yeni baxış lazımdır:
"Bu gün, təəssüf ki, təhsil gözləntiləri doğrulda bilmir, kütləvilikdən uzaqlaşmalı, fərdiləşməlidir. Tarixdə də fərdi təhsilin gücü sübut olunub - məsələn, Aristotel yalnız Makedoniyalı İsgəndər dərs deyib, onun bacarıqlarına uyğun yanaşıb. Müasir texnologiyalar bu modelə keçid üçün böyük imkan yaradır. Təhsilin rəqəmsallaşdırılması və Data Mərkəzi əsaslı idarəetmə süni intellektlə fərdi yanaşmanı mümkün edir. Əgər planlarımız uğurla icra olunsa, UNEC-də sentyabrda fərdi təhsilin təqdimatını edəcəyik".
Aləmdə Nəsib
"Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)" teqi üzrə xəbərlər
- Azərbaycanın altı ali məktəbi dünyanın 1000 ən yaxşı universitetləri sırasına daxil olub
- Altıncı "Yerli Şirkətlərin Tanıtım Sərgisi" başlayır
- Ədalət Muradov: "UNEC əməkdaşlarının elmi nəşrlərinə 3932 istinad qeydə alınıb"
- "Global Media Group" ADİU-nun 95 illik yubileyinə həsr olunmuş Karyera Günündə iştirak edib
- İlham Əliyev Elnur Çıraqova vəzifə verdi