Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Renatın müalicələri üçün dəstəyə ehtiyacı var
Bir yaşlı Renatın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Gülnarə Məmmədova məlumat verib.
O bildirib ki, övladı qaraciyər sirrozundan əziyyət çəkir:
"Renat ötən ilin avqust ayında dünyaya gəlib. O, beşaylıq olarkən onun qaraciyər sirrozundan əziyyət çəkdiyini öyrəndik. Həmin gündən də müalicələrini vaxtlı-vaxtında etmişik. Həkimlər onun müalicəsi düzgün aparılarsa, vəziyyətinin stabil qalacağını deyiblər. Yaşı az olduğu üçün qaraciyər nəqli onun üçün böyük riskdir".
Gənc ana Renatın müalicəsi üçün yardımsevər şəxslərə səslənib:
"Renatın müalicəsi və müayinəsi üçün bizim 450-500 manata ehtiyacımız olur. Mənim Renatdan böyük bir qızım da var, uşaqlara görə mən işləyə bilmirəm, yoldaşım isə sürücülük edir, kirayədə yaşayırıq. İki uşaq, kirayə, inanın, çatdırmaq mümkün deyil. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 249-12-18.
Beynəlxalq Bank: 5522 0993 1308 7033.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Ağır yanıq xəsarətləri alan Çinarənin anası: "Nə dərman, nə yemək ala bilirik"
- Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir
- Ailə faciəsi: Körpələri vəfat edən ailənin azyaşlı qızları da yaşamaq uğrunda mübarizə aparır
- 17 yaşlı Türkanənin vəziyyəti ağırdır: Yaraları irinləyib, təcili müalicəyə başlamalıdır
- Bir gözü amputasiya edilən Əfruzun dəstəyə ehtiyacı var