Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
MDB-nin xüsusi xidmət orqanları rəhbərləri Astanada bir araya gələcəklər
Bu gün Qazaxıstanın paytaxtı Astanada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri şurasının növbəti iclası keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi (İƏM) məlumat yayıb.
"Oktyabrın 4-də Astanada MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və xüsusi xidmət orqanları rəhbərlərinin Şurasının 55-ci iclasının keçirilməsi planlaşdırılır. Plenar iclasda şura üzvləri əsas diqqəti birlik ölkələrinin xüsusi xidmət orqanlarının terrorçuluq və dini ekstremizmə qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsinə yönəldəcəklər", - deyə İƏM-dən bildirilib.
Qeyd olunub ki, iclas iştirakçıları 2026-2028-ci illər üçün terrorçuluq və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq proqramının layihəsini nəzərdən keçirəcəklər.
Bundan əlavə, Şuranın əməliyyat-xidməti fəaliyyətinin konkret istiqamətləri üzrə işçi orqanlarının iclasları keçiriləcək.
"Müstəqil Dövlətlər Birliyi (MDB)" teqi üzrə xəbərlər
- Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib
- Ramin Cəfərov: "Şuşadakı Qlobal Media Forumu təcrübə mübadiləsi üçün uğurlu alternativ platformadır"
- Putin: "Moskva Bakı və İrəvan arasında münasibətlərin normallaşması üçün hər şey edir"
- "Bestcomp Group" CISCO tərəfindən "İlin informasiya təhlükəsizliyi üzrə tərəfdaşı" seçilib
- Moldovanın dəyişməyən "qibləsi" - Kişineu yenə Brüsseli seçib
Rəylər