Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
:1200.jpg)
Restoran sahibinin işi karantin qaydalarının pozulmasına görə məhkəməyə göndərildi - FOTO
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon ərazisində yerləşən üç şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayon ərazisində yerləşən “Ayşən” şadlıq sarayında baş tutan toy məclisində 18 nəfər, “Komfort” şadlıq sarayında isə 34 nəfər qonağın vaksinasiyadan keçməyərək iştirak etdikləri müəyyən edilib.
Həmin şəxslərlə izahedici söhbətlər aparılıb və onlar məclislərdən uzaqlaşdırılıblar.
Keçirilən digər bir tədbir nəticəsində rayonun Fətəlikənd kəndi ərazisində yerləşən “Davud” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi aşkar edilib.
Yol verdiyi qayda pozuntusu ilə bağlı obyekt sahibi Aydın Quliyevlə profilaktiki söhbətlər aparılıb və onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Saatlı Rayon Məhkəməsinə göndərilib.
"Saatlı" teqi üzrə xəbərlər
- Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs olundular
- Saatlıda 19 yaşlı gənc çayda çimərkən boğulub
- Azərbaycan və Qazaxıstan prezidentləri Şuşaya səfər ediblər - YENİLƏNİB + FOTO/VİDEO
- Saatlıda 64 yaşlı kişi intihar edib
- Bu gün 53 mindən artıq şagird buraxılış imtahanı verib - YENİLƏNİB + VİDEO