Məhəmməd Əmin Rəsulzadənin seçilmiş əsərlərindən ibarət çoxcildlikdən birinci və ikinci kitablar artıq hazırdır.
Kitablar Mədəniyyət və Turizm Nazirliyinin anbarındadır. Kitabların müvafiq qurumlara paylanması işi ilə nazirlik məşğul olacaq. Üçüncü, dördüncü və beşinci cildlərin elektron variantlarını da nazirliyə təhvil vermişəm.
Oxu.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Rəsulzadə irsinin tədqiqatçısı, professor Şirmməmməd Hüseynov deyib.
Ş.Hüseynov yaya qədər bu üç kitabın da hazır olacağını qeyd edib.