2009-cu ildə NASA tərəfindən buraxılan Kepler astronomik peyki bu ilin əvvəlində 4000-dən çox ekzoplanet aşkar edib.
Onların 1000-dən çoxunun mövcudluğunu Yer kürəsinin astronomları da təsdiqləyib.
Oxu.Az xəbər verir ki, Sietldə baş tutan Amerika Astronomiya Cəmiyyətinin görüşündə Harvard-Smitsinivsk mərkəzindən və digər alim kollektivləri təsdiq ediblər ki, aşkar edilən səkkiz qayalıqlarla örtülü planet Yer kürəsinin mümkün əkizləridir.
Yer kürəsinin mütləq əkizi hələ ki, tapılmayıb. Yerin ölçülərinə və orbitə maksimal yaxın olan iki planetə alimlər Kepler 438b və Kepler 442b adını veriblər. Onlar Günəşdən kiçik və daha soyuq olan ulduzlar ətrafında fırlanırlar.
Yaxın günlərdə dünya astronomları bir sıra layihə təqdim edəcəklər, bu layihələr uzaq planetlərin tədqiqinə, eləcə də yeni yaşayışın mümkün olacağı kosmik cisimlərin aşkar edilməsinə yardımçı olacaq.
Bəzi layihələrin əsasında ulduz kölgəsi prinsipi durur. Bu, Yer kürəsindən görünməyən səma cisimlərinin aşkar edilməsində yer teleskoplarına mane olan örtükdür.
Bundan başqa, bir sıra universitet və rəsədxanalar 10 metrdən 12 metrə qədər diametri olan teleskopun yaradılması layihəsini hazırlayırlar. Bu teleskop alimlərə atmosferin tərkibini və uzaq ekzoplanetlərin səthini öyrənməyə imkan yaradacaq.