Dövlət Bayrağı Meydanında bayraq hava sabitləşənədək endiriləcək.
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidmətinin rəhbəri Hüseyn Azərinin Oxu.Az-a verdiyi məlumata görə, bu, sabah Bakıda küləyin güclənəcəyi ilə əlaqədardır.
Bu addım Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına əsasən atılacaq.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, sabah çovğun və qar olacaq.
Elvin Əhmədov
www.oxu.az