Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rezident əlaqələndiricisi: “Məişət zorakılığı halları ən kəskin problemlərdən biri kimi qalmaqdadır”
“Təəssüf ki, hazırda qadınlara qarşı məişət zorakılığı halları ən kəskin problemlərdən biri kimi qalmaqdadır”.
Oxu.Az-ın məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva dekabrın 6-da Bakıda keçirilən “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda çıxış zamanı deyib.
Onun sözlərinə görə, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması istiqamətində davamlı olaraq işlər görülür:
“Bu istiqamətdə təşəbbüslər həyata keçirilir. Hökumətdən olan tərəfdaşlarımıza dəstək verərək onların yeni qanunlar və təkliflər planı hazırlamasına dəstək göstərməyə çalışırıq. Uşaqların erkən evləndirilməsinin qarşısının alınması və qadınların səlahiyyətləndirilməsi istiqamətlərində işlər görülür. Problemin minimuma endirilməsi üçün hər cür dəstəyi verməyə hazırıq. İnanıram ki, bununla gələcəkdə daha təhlükəsiz və bərabər cəmiyyət yarada bilər, Azərbaycanda qadınlar və qızlar üçün daha təhlükəsiz bir cəmiyyət formalaşdıra bilərik”.
İlhamə Əbülfət
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Əməkdaşlıq üçün yeni istiqamət: Azərbaycan-Afrika əlaqələri daha geniş sahələri əhatə edəcək
- COP29 sədrliyinin "İqlim və Sülh" gündəliyinin icrasına start verilib
- Prezident Umaru Sisoku Embalo: "Qvineya-Bisau və Azərbaycan iki dost ölkədir"
- Prezident İlham Əliyev: "Qvineya-Bisau ilə siyasi münasibətlər çox yaxşıdır"
- Toğrul Hüseynov: "Bakı Arbitraj Mərkəzinin akkreditasiyası haqqında tədbirlər görülür"