Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rövşən Rüstəmov: "Çindən gələn blok qatarlarının sayının 3 dəfə artırılması planlaşdırılır"
"Çindən gələn blok qatarlarının sayının 3 dəfə artırılaraq 1 000-ə çatdırılması planlaşdırılır"
Oxu.Az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, bu il Orta Dəhlizlə yükdaşımalar ötən illə müqayisədə artıb:
"Bu gün Çindən daha bir blok qatarı Orta Dəhlizlə yola salınıb ki, bu da 2024-cü ildə bu marşrutla göndərilmiş sayca 306-cı qatardır. Bu il Orta Dəhlizlə yükdaşımalar ötən illə müqayisədə artıb. Dəhlizlə bağlı kifayət qədər ciddi işlər görülüb. Ötən həftə Gürcüstanda Qazaxıstan və Azərbaycanın dəmir yolu rəhbərlərinin birgə üçtərəfli görüşü oldu. Görüşdə bu dəhlizin inkişafı üçün atılacaq addımları müzakirə etdik. O cümlədən, keçən il yaradılmış birgə müəssisənin aktivləşdirilməsi üçün prinsipial qərarlar verildi. Artıq birgə müəssisənin əməliyyat və maliyyə modelinin təqdimatı olub. Növbəti il bu istiqamətdə, xüsusən də Çindən gələn yüklərlə bağlı qərarlar verilib. Çindən gələn blok qatarlarının sayının 3 dəfə artırılaraq 1 000-ə çatdırılması planlaşdırılır".
Aygün Mirakif
"Çin" teqi üzrə xəbərlər
- Çində insanlar və insanabənzər robotların iştirak etdiyi birinci yarımmarafon keçiriləcək
- Çin astronavtları ilk dəfə olaraq kosmosda oksigen əldə ediblər
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
- Çinin məxfi hipersəs raketi: ABŞ təyyarələri təhlükədə
- Çində 3000 illik şərab tapıldı
Rəylər